Xəbər lenti

“Taliban” qorxusu ciddiləşir: Rusiya Əfqanıstana qoşun göndərəcək?
Dünya11:52 05.07.2021

“Taliban” qorxusu ciddiləşir: Rusiya Əfqanıstana qoşun göndərəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Əfqanıstana hərbi kontingent göndərməyi planlaşdırmadığını və bu mövzuda ölkə rəhbərliyi ilə danışıqlar aparmadığını bildirib. 
Qaynarinfo xəbər verir ki, bununla belə, Peskov Əfqanıstanla sərhəddə yerləşən Tacikistana əlavə hərbi kontingent göndərilməsinin mümkünlüyünün nəzərdən keçirildiyi sualına birmənalı cavab verməyib.
Peskov əlavə edib ki, ABŞ qoşunları və müttəfiqləri Əfqanıstandan çıxdıqdan sonra bölgədə vəziyyət sabitləşir. Mətbuat katibi vəziyyət inkişaf etdikcə Rusiya hərbçiləri və sərhədçiləri tərəfindən qərar veriləcəyini də bəyan edib.
Bundan əvvəl mindən çox Əfqanıstan əsgəri Tacikistan ərazisinə çəkilib.
Alpər