Xəbər lenti

“Taliban” Türkiyə Ordusu durduqca heç zaman Kabilə ayaq basa bilməyəcək (ŞƏRH)
Siyasət13:01 15.07.2021

“Taliban” Türkiyə Ordusu durduqca heç zaman Kabilə ayaq basa bilməyəcək (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Taliblər Türkiyə Ordusuna ciddi ziyan vura, ciddi itkilərə məruz qoya bilsələr, qardaş ölkənin imkanı var ki, bu qruplaşmanın gözə dəyən bütün hərbi hissələrini darmadağın etsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Əfqanıstandakı "Taliban” rəsmilərinin Kabil aeroportunun mühafizəsini ordusu vasitəsilə həyata keçirən Türkiyənin bu addımının milli maraqlara zidd və yanlış qərar olduğunu bəyan etməsinə münasibət bildirərkən deyib. Həmsöhbətimiz bildirib ki, taliblər Türkiyə Ordusuna qarşı nəsə etsələr, adekvat cavablarını alacaqlar: 
"Təbii ki, "Taliban” imkanları daxilində Türkiyə Ordusuna qarşı nəsə edə bilər. Türkiyə də təbii ki, buna cavab olaraq öz imkanları daxilində nəsə edəcək. Əsgərlər döyüşdə həlak ola və ya sağ qala da bilər. Amma onun əsas vəzifəsi döyüş tapşırığını yerinə yetirməkdən ibarətdir. Kabil aeroportundan Türkiyə qoşunlarını vurub çıxrmaq üçün "Taliban” hərəkatının əlində hansı imkanlar var? Onlar burada Türkiyə Ordusuna ciddi ziyan vura, ciddi itkilərə məruz qoya bilsələr, qardaş ölkənin imkanı var ki, "Taliban”ın gözə dəyən bütün hərbi hissələrini darmadağın etsin”. 
 
Z.Əlizadə düşünür ki, Türkiyə Ordusunun olması fonunda "Taliban” heç zaman Kabilə və buradakı aeroporta nəzarət edə bilməyəcək:
"Bu ordu Amerikanın ordusu deyil, türk ordusudur. Onun aviasiyası, tankı, döyüşən əsgər və zabitləri var. Bu ordu "Taliban”ı görüb silahı atıb, təslim olan, Tacikistana qaçan ordu deyil. Türkiyə Ordusu Kabildə oturubsa, "Taliban” heç zaman bura və aeroporta ayaq basa bilməyəcək. Onlar məhz buna görə isterikaya düşüb, belə bəyanatlar verirlər”.
Rüfət Sultan