Əfqanıstanda ABŞ-a məxsus pilotsuz təyyarə Taliban qüvvələri tərəfindən vurulub.
Bu barədə məlumatı Əfqanıstan İslam Birliyi Taliban Hərəkatı yayıb.
Məlumata görə, Taliban üzvləri haqqında gizli məlumatlar toplamağa çalışan pilotsuz təyyarə Nanqarhar vilayətinin Şirzad bölgəsində hədəfə çevrilib.
Qeyd edək ki, son zamanlar Əfqanıstanda ABŞ-a məxsus onlarla pilotsuz təyyarə vurulub.
Qaynarinfo.az