Taliban döyüşçülərinin ABŞ-ın hərbi bazasına hücumu zamanı bir helikopter vurulub və 4 amerikalı hərbçi də öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Taliban rəhbərliyinin açıqlamasında deyilib.
Məlumata görə, hücumlar zamanı Əfqanıstanın ordusunun 32 hərbçisi də həlak olub.
Orduya aid silah-sursatın ələ keçirildiyi də bildirilib.
Qeyd edək ki, Taliban terrorçuları son zamanlar ABŞ və Əfqanıstan ordusunun hərbi bazalarına hücumları artırıb.
Qaynarinfo.az