"Taliban" hökuməti Əfqanıstanda daha bir qadağa qoyub.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, rejim avtomobillərdə musiqi səsləndirməyə və hicabsız qadınların avtomobilə mindirilməsinə qadağa qoyub.
Qeyd edək ki, bu ilin avqust ayında hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən "Taliban” qatı şəriətçi rejim yaradaraq qadınların ictimai həyatını məhdudlaşdırmaq, habelə musiqini ictimai yerlərdən yığışdırmaq istiqamətində məqsədyönlü addımlar atır.