Xəbər lenti

“Taliban”ın Əfqanıstanı tam ələ keçirməsi artıq an məsələsidir
Dünya06:03 28.06.2021

“Taliban”ın Əfqanıstanı tam ələ keçirməsi artıq an məsələsidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstan Milli Ordusunun Maydan-Vardak vilayətindəki onlarla hərbçisi və yüzlərlə silahı, hərbi və köməkçi texnikası, demək olar ki, tamamilə "Taliban”ın nəzarətinə keçib. Vilayət demək olar ki, taliblərin nəzarəti altındadır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Voennıy Obozrevatel” Telegram kanalı yazıb.
Əfqanıstan Müdafiə Nazirliyi bu ərəfədə Bəlx vilayətində Taliban qüvvələrinə hava zərbələri endirib. ABŞ-ın Əfqanıstanın şimalındakı "Taliban” hədəflərinə hava hücumları nəticəsində onlarla insan ölüb. Bir gün əvvəl Pentaqon zərbələr üçün PUA-lardan istifadə etdiyini bildirib.
Taliban artıq Əfqanıstanın 419 regional mərkəzindən 81-nə nəzarət edir, onlardan 61-i keçən il ələ keçirilib. Son iki ayda Taliban daha 20 bölgəni ələ keçirib, lakin hələ ki, heç bir əyalət paytaxtını əldə edə bilməyib. Bu haqda ABŞ Silahlı Qüvvələrinin generalı Mark Milli deyib.
Tacikistanla sərhəddə yerləşən Qunduz vilayətindəki strateji İmam Sahib bölgəsi ələ keçirildikdən sonra onlarla hərbçi Talibana əsir düşüb... onlara pul təzminatı ödənilib və evlərinə göndəriliblər.
"Voennıy Obozrevatel” telegram kanalının müəlliflərinə görə, "Taliban”ın Əfqanıstan üzərində nəzarəti tamamilə ələ keçirməsi an məsələsidir.
Alpər