
Bu gün Şimali Amerika qitəsində tam günəş tutulması müşahidə ediləcək.
"Qaynarinfo" "Telegraph"a istinadən xəbər verir ki, son 99 ildə ilk dəfə Ay Günəşin qarşısını tam örtəcək. Nadir hadisə ABŞ-ın 14 ştatında müşahidə ediləcək. Cənubi Amerika, Afrika və Avropada isə insanlar yarımçıq Günəş tutulmasını müşahidə edə biləcəklər.
Bölgədə yaşayan 12 milyon amerikalı və əraziyə prosesə baxmaq üçün gələn çox sayda insan 2 dəqiqə ərzində tam Günəş tutulmasını izləyə biləcəklər. Prosesin Bakı vaxtı ilə axşam saatlarında baş verməsi gözlənilir, lakin ölkəmizdə müşahidə etmək mümkün olmayacaq.
Gülşən
Qaynarinfo.Az