ABŞ-ın Nyu-York ştatının Manhetten ərazisində tamamilə buzdan olan bar hazırlanıb.
ANN.Az-ın verdiyi xəbərə görə, girişi 20 dollar olan barda divarlar, stullar, içki şüşələri hətta çılçıraqlar belə buzdan hazırlanıb.
Bar dizaynında istifadə edilən buz Kanadadan gətirilib. Tamamilə buzdan hazırlanmış "Minus5" adlı barda temperatur təxminən mənfi 5 dərəcə selsidir. Mobil telefonlar gibi özlərindən istilik buraxan cihazların barda istifadə edilməsi qadağandır.