
Məşhur müğənni Zerrin Özer Türkiyədə 15 iyul – hərbi çevriliş hadisələrindən sonra davam etdirilən “demokratiya növbəsi” tədbirlərinə qatılıb.
Qaynarinfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirdiyi yanlış əməliyyata görə bir müddət əlil arabası ilə gəzmək məcburiyyətində qalan 58 yaşlı ifaçı dünən çətinliklə də olsa səhnəyə çıxıb.
Dəqiqələr keçdikcə böyük kütlə qarşısında çıxış edən sənətçi ayaq üstündə durmağa əziyyət çəkib. Nəticədə, bel ağrıları şiddətlənən Zerrin Özerin halı pisləşib.
Mühafizəçilərin yardımı ilə səhnədən endirilən müğənni göz yaşlarını saxlaya bilməyib.
Qaynarinfo.Az