Xəbər lenti

Tanınmış azərbaycanlı fəal azadlığa buraxıldı
Dünya18:11 10.07.2016

Tanınmış azərbaycanlı fəal azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri olan Rəsul Rəzəvi ev mülkü girovu qarşılığında saxlanıldığı Təbriz  həbsxanasından bir həftəlik azadlığa buraxılıb. 
Qaynarinfo.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Tanınmış fəal mayın 19-dan başlayaraq 27 gün aclıq aksiyası keçirmişdi. 
Əvvəl Abbas Lisaniyə dəstək üçün aclıq  aksiyasına başlayan R.Rəzəvi daha sonra 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında açılan yeni istintaq işinə etiraz olaraq aksiyanı daha bir neçə gün davam etdirmişdi. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, öz vəziyyəti ilə bağlı İran prezidentinə açıq məktub hazırlasa da həmin məktubun göndərilməsi və yayılmasının qarşısı alınıb.  
Xatırladaq ki, Rəsul Rəzəvi ötən ilin dekabrında məlum “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyalarına qoşulması səbəbi ilə həbs edilib. Məhkəmənin qərarı ilə milli fəal Qüds günü aksiyalarında uyğur türklərinə edilən zorakılıqlarla bağlı Çin hökumətinə etiraz etdiyinə görə 1 il həbs cəzası almışdı. 
Rəsul Rəzəvi bundan əvvəl də 2010-cu il aprelin 2-də Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyinə görə 2011-ci ilin oktyabrında işdən evə qayıdarkən saxlanılmışdı. 16 gün həbsdə saxlanılan milli fəal 30 milyon tümən qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılmışdı. 
Qaynarinfo.az