Serbiya millisinin və "İnter" klubunun yarımmüdafiəçisi Deyan Stankoviç karyerasını başa vurub.Qol.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu dünən İtaliya A Seriyasının I turu çərçivəsində "İnter" - "Genua" matçında sonuncu dəfə meydana çıxıb.
Stankoviç Milan təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalasa da, artıq oynamaq istəmədiyini açıqlayıb.
Qeyd edək ki, 2004-cü ildən "İnter"in şərəfini qoruyan Standoviç keçirdiyi 321 oyunda 41 qola imza atıb. Təcrübəli futbolçu Serbiya millisinin heyətində 102 oyuna çıxıb və 15 dəfə rəqib qapılarına yol tapıb.
Qaynar.info