
Türkiyənin veteran futbolçusu və keçmiş millət vəkili Hakan Şükürün evinə basqın edilib.
Qaynarinfo.Az xəbər verir ki, FETÖ əməliyyatı zamanı haqqında həbs qəti-imkan tədbiri seçilən Hakan Şükürün Kocaelidəki evinə polis basqın edib.
Onun evində axtarış aparılıb. Polis evdən kim tərəfindən edildiyi məlum olmayan yanmış sənədlər aşkar edib və götürüb.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az