Xəbər lenti

Tanınmış iş adamı sevgilisi tərəfindən öldürüldü - FOTO+VİDEO
Dünya12:56 07.04.2014

Tanınmış iş adamı sevgilisi tərəfindən öldürüldü - FOTO+VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngilis iş adamı villasında, hovuzun yanında qan içində, ölmüş halda tapılıb

Andrey Buş adlı ingilis iş adamı villasında, hovuzun yanında qan içində, ölmüş halda tapılıb. ANS PRESS-in məlumatına görə, tanınmış iş adamı yeni sevgilisilə İspaniyaya tətilə gələndən sonra öldürülüb.

Araşdırmalar zamanı onun keçmiş sevgili tərəfindən öldürüldüyü məlum olub. Belə ki, milyoner kişinin başqa qadınla olmasına qısqanan sloveyalı qadın cinayəti əvvəlcədən planlaşdırıb. O, ingilis sevgilisini başından iki dəfə güllələyib.

Model olan gənc qadın cinayəti qısqanclıq səbəbindən törətdiyi bildirilir. Hazırda polis milyoneri öldürən qadını axtarır.

Qaynar.info