
Bu gün paytaxtın Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Axar.az" xəbər verir ki, hadisə gecə 01:00-da yüksək sürətlə irəliləyən "BMV" markalı avtomobilin idarəetməni itirməsi nəticəsində baş verib.
İdarəetməni itirən avtomobil yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən ağac aşıb. Bunun da nəticəsində yaxınlıqda olan bir nəfər xəsarət alıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım vasitəsi ilə xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
"Axar.az"-a daxil olan məlumata görə, hadisəni törədən Kərim adlı şəxs tanınmış jurnalist Azər Qəribin oğludur.




