Xəbər lenti

Tanınmış qadın siyasətçi güllələndi
Dünya04:41 13.05.2014

Tanınmış qadın siyasətçi güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın şimalında, Leon şəhərində ölkənin tanınmış qadın siyasətçisi İzabel Karrasko qətlə yetirilib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, naməlum qadın piyada körpüsündən  keçən İ.Karraskoya bir neçə dəfə atəş açıb.
 
Leon əyalətinin hökumət başçısı, hakim Xalq partiyasının regiondakı 59 yaşlı rəhbəri  İ. Karrasko yerindəcə keçinib.
 
Hadisə ilə əlaqədar artıq iki qadın həbs edilib, ispan mətbuatı qətlin qisas məqsədilə törədildiyini bildirir.

Qaynar.info