Xəbər lenti

Tanınmış “qanuni oğru” Moskvada tutuldu - VİDEO
Dünya12:00 24.03.2015

Tanınmış “qanuni oğru” Moskvada tutuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın paytaxtı Moskva şəhərində gürcü əsilli “qanuni oğru” saxlanılıb.
Anspress-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Moskvanın "Domodedovo" hava limanında kriminal aləmdə “Levik Zuqdidiskiy” ləqəbilə tanınan 37 yaşlı Levan Marqiya həbs olunub.
Kriminal aləmdə tanınmış “qanuni oğru” olan “Levik Zuqdidskiy” Moskvadan xaricə qaçmaq istəyib. O, saxta sənədlərdən istifadə edərək ölkədən çıxarkən yaxalanıb.
Onu qeyri-qanuni miqrant kimi saxlayıblar. Rusiya məhkəməsinn qəbul etdiyi qərarla Levan Marqiya Gürcüstana deportasiya edilib. Məhkəmənin qərarı ilə tanınmış “qanuni oğru”ya 5 il müddətinə Rusiya ərazisinə girmək qadağan edilib.
Qaynar.info