Xəbər lenti

Tanınmış rejissor vəfat etdi
Dünya07:06 04.07.2016

Tanınmış rejissor vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı rejissor, "Oskar" mükafatı laureatı Maykl Çimino vəfat edib.

"Report" xəbər verir ki, rejissor 78 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, M.Çimino 1939-cu ildə Nyu-Yorkda anadan olub. Onun çəkdiyi filmlər 70-80-ci illərin ən yaxşı Amerika filmləri siyahısına daxil edilib. M.Çiminonun adı F.Koppola, Miloş Forman, Martin Skorseze və Stiven Spilberqlə bir sırada çəkilir.

Onun Vyetnam müharibəsindən bəhs edən "Maral ovçusu" filmi 5 dəfə "Oskar" mükafatına layiq görülüb. 

Qaynarinfo.az