Rusiyalı məşhur modelyer Vyaçeslav Zaitsev vəfat edib.
Qaynarinfo xəbər verir ki, 85 yaşlı dəb ustası bu gün mədə qanaması ilə xəstəxanaya yerləşdirilib və reanimasiyada keçinib.
Bildirilir ki, Şelkovo xəstəxanasının həkimləri əllərindən gələni etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.