ABŞ-dan olan türk kardiolji cərrahı professor Məhəmməd Öz Pensilvaniya Respublikaçılar Partiyasından Senata namizəd seçilib.
Qaynarinfo bu barədə "Deadline" saytına istinadən xəbər
verir.
Rəqib Deyvid Makkormik Öz ilə keçirilən ilkin səsvermədə məğlub olub.
"Bu gün Məhəmməd Özə zəng vurdum və qələbə münasibətilə onu təbrik etdim”, - Makkormik deyib.
Qeyd edilir ki, keçmiş prezident Donald Tramp da Dr. Məhəmməd Özü dəstəkləyir.
Doktor Öz noyabrın 8-də keçiriləcək seçkilərdə Demokrat Partiyasının namizədi Kan Fettermanla rəqabət aparacaq.
M.Arif