Xəbər lenti

Tanınmış vəkil MSK-nı məhkəməyə verdi
Siyasət07:14 08.01.2024

Tanınmış vəkil MSK-nı məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış vəkil Namizəd Səfərov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib. 
Qaynarinfo xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. 
Birinci instansiya məhkəməsinin qərarı Namizəd Səfərovu qane etmədiyindən o apellyasiya şikayəti verib. 
Vəkilin şikayətinə hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti seçkil hüquqlarının müdafiəsi ilə bağlıdır. 
Məlumat üçün deyək ki, Namizəd Səfərov prezidentliyə namizədliyini irəli sürüb. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Seyid