Xəbər lenti

Tanınmış xanım aparıcı “Space”dən getdi
Maqazin12:27 09.09.2016

Tanınmış xanım aparıcı “Space”dən getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparıcı Zəhra Osmanova "Space” telekanalındakı işinə son qoyub. Qaynarinfo.Az "Sənətsevər” verilişinin aparıcısı olan Z.Osmanova bu haqda "Facebook” profilində yazıb.
"Sənəti və sənətini sevən, ətrafında daim yaradıcı, ancaq yaradıcılıqla məşğul olan insanlar görmək istəyən mən - Zəhra Rüstəm Osmanova bu gündən "Space” televiziyasından ayrıldım. "Sənətsevər" verilişi ilə çox gözəl sənətkarlarla tanış oldum, tamaşaçılara ancaq xoş və bayağı olmayan məlumatlar ötürdüm. Həyatda hər şey olur. İnanıram hər şey bundan da yaxşı olacaq. Məqsədlərə doğru irəli getmək lazımdır”, – deyə o, qeyd edib.
Qaynarinfo.Az