Xəbər lenti

Tank döyüşləri başladı - VİDEO
Dünya17:14 13.02.2015

Tank döyüşləri başladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qızğın döyüşlər zamanı itkilər barədə hələlik məlumat verilmir

Ukraynanın şərqində Mariupol şəhərində tank döyüşləri başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna ordusunun "Azov" batalyonu facebook səhifəsində yazıb.

Bildirilir ki, hazırda Mariupol şəhərinin Şirokino qəsəbəsində şiddətli tank döyüşləri gedir.

""Azov" batalyonu ilə terrorçular arasında tank döyüşləri gedir. Hələlik itkilər barədə heç bir şey deyə bilmərik", - deyə bildirilir.

Qeyd edək ki, son aylar Ukraynanın şərqində Donnbas vilayətində qızğın döyüşlər gedir. Həm ordu, həm də rusiya yönümlü qüvvələri xeyli itki verir.

Bir neçə gün əvvəl Minskdə keçirilən görüşdə isə sülh əldə olunub. Rusiya prezienti Vladimir Putin bəyan edib ki, fevralın 15-dən bölgədə atəş dayandırılacaq.


Qaynar.info