Xəbər lenti

Tansu Çillərin ayağı qırıldı
Dünya09:13 07.07.2014

Tansu Çillərin ayağı qırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tansu Çilləri İzmirdən xüsusi bir təyyarə ilə İstanbula gətiriblər

Türkiyə sabiq baş naziri Tansu Çillər xəstəxanaya yerləşdirilib. 

ANS PRESS-in məlumatına görə, Çillərin bir qəza nəticəsində topuğu qırılıb. 

İzmirdən xüsusi bir təyyarə ilə İstanbula gətirilən sabiq baş nazir təcili yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Sabiq baş nazirin səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib. 

Qeyd edək ki, Tansu Çillər Türkiyənin və türk dünyasının ilk qadın baş naziridir. Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996-cı və1997-ci illər arasında isə Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışıb.

Qaynar.info