Xəbər lenti

Tapdığı pulemyot patronuna görə elektron qolbaqda gəzəcək
Dünya 14:57 21.01.2025

Tapdığı pulemyot patronuna görə elektron qolbaqda gəzəcək

Ağdamda tapdığı bir ədəd pulemyot patronunu çantasında saxlayan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 6 iyun 1993-cü ildə Qax rayonun Qıpçaq kəndində doğulmuş X.D. Bakı Hava Limanında Aviasiya Təhlükəsizlik Baş İdarəsi Yük Daşımalarına Nəzarət Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.  

X.D. Bakı-Tiflis aviareysi ilə Gürcüstana getmək üçün hava limanına gedib. Aparılan yoxlama zamanı ona məxsus yük çantasının içərisində olan iş şalvarının cibindən zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab olunan 1 ədəd pulemyot patronu aşkar olunub. 

X.D. sözügedən patronu 2023-cü ilin yaz aylarında tikintidə iş danışmaq üçün Ağdam rayonunun adını bilmədiyi kəndində olarkən yerdən, palçığın içərisindən tapdığını və elə həmin vaxtdan    yadından çıxaraq həmin iş şalvarının cibində qaldığını deyib. 

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. X.D. cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->