Xəbər lenti

Tarix yenidən yazılacaq: 9,7 milyon illik insan dişləri tapıldı
Dünya08:17 22.10.2017

Tarix yenidən yazılacaq: 9,7 milyon illik insan dişləri tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada ötən il aparılan, lakin ictimaiyyətə yeni verilən məlumata əsasən ən qədim insan skeletindən 4-5 milyon il daha qədim insan dişləri tapılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Almaniyada Reyn çayı ərazisində tapılan dişlərin 9,7 milyon il əvvələ aid olduğu təxmin edilir. Maynz Təbii Tarix Muzeyinin tədqiqatçıları "Eppelsheim" qəsəbəsi yaxınlığında tapılan dişlərin cinsiyyəti bilinməyən və çox yaxşı qorunmuş cəsədə aid olduğunu deyir. Dişlərin Efiopiyada tapılmış və ən qədim insan skeleti hesab edilən "Lucy"dən daha qədim olması məsələsi növbəti həftə öz təsdiqini tapa bilər. Araşdırma ilə bağlı nəticələr yaxın günlərdə yayımlanacaq. 

Məsələ ilə bağlı danışan Maynz bələdiyyə sədri bildirib ki, məsələni şişirtmək istəmirəm, lakin bu gündən etibarən insan tarixini yenidən yazmalıyıq.

Gülşən

Qaynarinfo.Az