Xəbər lenti

Tarixi kəşf: Lazer texnologiyası ilə gizli Mayya şəhəri tapıldı (FOTOLAR)
Dünya06:39 03.02.2018

Tarixi kəşf: Lazer texnologiyası ilə gizli Mayya şəhəri tapıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quatemalada meşənin altında Mayyalara aid böyük bir şəhər tapılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, itmiş şəhər lazer texnologiyasının köməyi ilə üzə çıxarılıb. Peten bölgəsində tapılan Mayya şəhərində evlər, saraylar, yüksəldilmiş yollar və müdafiə sədləri var. Arxeoloqlar ümumi sahəsi 2100 kv. kilometr olan şəhərin xəritəsini hazırlayıblar. Tədqiqatçıların fikrincə vaxtilə 60 min ev olan qədim şəhərdə milyondan çox insan yaşayıb.
Kəşfdə istifadə olunan Lidar lazer texnologiyasının arxeologiya sahəsində bir inqilab yaratdığı qeyd olunur. Bu texnologiya adi gözlə görünməyən şeyləri ortaya çıxara bilir.