FIFA 2026-cı il dünya çempionatında iştirak edən milli komandaların əldə etdiyi mükafat məbləğlərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, turnirin qalibi olan İspaniya millisi tarixdə rekord həcmdə mükafat qazanıb.
FIFA-nın məlumatına görə, mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edib. Bu, indiyədək dünya çempionatlarında milli komandalar arasında bölüşdürülən ən böyük mükafat fondu olub.
Turnirin qalibi olan İspaniya millisi 50 milyon ABŞ dolları mükafat, həmçinin dünya çempionatına hazırlıq xərclərinin kompensasiyası olaraq əlavə 1,5 milyon ABŞ dolları əldə edib.
Qeyd olunur ki, dünya çempionatları tarixində indiyədək heç bir milli komanda yarışın yekununda bu qədər yüksək məbləğ qazanmayıb. Bunun əsas səbəbi 2026-cı il dünya çempionatında iştirakçı komandaların sayının 48-ə çatdırılması və pley-off mərhələsinə 1/16 final mərhələsinin əlavə edilməsidir.
DÇ-2026-da milli komandaların qazandığı mükafatlar:
* 51,5 milyon ABŞ dolları — İspaniya
* 34,5 milyon ABŞ dolları — Argentina
* 30,5 milyon ABŞ dolları — İngiltərə
* 28,5 milyon ABŞ dolları — Fransa
* 20,5 milyon ABŞ dolları — Belçika, Mərakeş, Norveç, İsveçrə
* 16,5 milyon ABŞ dolları — Braziliya, Misir, Kanada, Kolumbiya, Meksika, Paraqvay, Portuqaliya, ABŞ
* 12,5 milyon ABŞ dolları — Avstraliya, Avstriya, Əlcəzair, Bosniya və Herseqovina, Qana, Konqo Demokratik Respublikası, Ekvador, Kabo-Verde, Kot-d'İvuar, Niderland, Almaniya, Cənubi Afrika Respublikası, Seneqal, Xorvatiya, İsveç, Yaponiya
* 10,5 milyon ABŞ dolları — Haiti, İran, İraq, İordaniya, Qətər, Kurasao, Yeni Zelandiya, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay, Özbəkistan, Çexiya, Şotlandiya
Aydın
Şərhlər