Xəbər lenti

Tarixin ən sirli xəstəliyi: Yarım milyon insanı öldürdü, bir anda yox oldu
Dünya 15:30 21.02.2026

Tarixin ən sirli xəstəliyi: Yarım milyon insanı öldürdü, bir anda yox oldu

Tibbi tarix təxminən bir əsr əvvəl insanlıq üçün ən qəribə və qorxulu sınamlardan birini yaşadıb. 1918-ci ilin qrip pandemiyası milyonlarla insanı sarsıdarkən, Avropada birdən ortaya çıxan sirli bir xəstəlik insanları sağ qalarkən heykəlləşdirib.

Qaynarinfo xəbər verir ki, tibbi ədəbiyyata "Ensefalit Lethargica” (EL) adı ilə daxil olan bu xəstəlik, qurbanlarını dərin bir səssizliyə həbs edərək onları xarici dünyadan tamamilə ayırıb. İlk dəfə 1916-cı ilin qışında Avropada görünən xəstəlik Vyana Universitetindən Dr. Konstantin fon Ekonomo tərəfindən təsvir olunana qədər bir çox halda səhv diaqnoz qoyulmuşdu.

Xəstəliyin ilkin əlamətləri kifayət qədər sadə görünüb: baş ağrısı, yüngül hərarət və qusma ilə başlayan proses tezliklə ağır nevroloji krizlərə çevrilib. "Yuxu xəstəliyi” kimi tanınan bu vəziyyətin sürəti tibb aləmində dəhşət yaradıb. Konsertdən evinə gedərkən qəfildən iflic olan və yarım saat ərzində dərin yuxuya dalan gənclərin hekayələri, epidemiyanın nə qədər amansız olduğunu göstərib. Qurbanlar bəzən günlərlə yuxuda qalır, oyananda isə ətrafda baş verən hər şeyi eşitdiklərini və fərqində olduqlarını bildirərək həkimləri təəccübləndirib.

1920-ci illərə gəldikdə isə xəstəlik daha ağır və sancılı bir mərhələyə keçib. Bu dövrdə xəstələr morfinlə belə aradan qaldırmaq mümkün olmayan güclü ağrılar və dayanmayan spazmlarla üzləşiblər.

1960-cı illərdə bu hallarla məşğul olan əfsanəvi nevroloq Dr. Oliver Sacks xəstələrin vəziyyətini "zombilər qədər passiv, kölgələr qədər solğun” sözləri ilə təsvir edib. "Sacks"ın qeydlərinə görə, bu insanlar gün boyu heç bir istək və ya təşəbbüs göstərmədən sandalyələrində hərəkətsiz otururnuşlar. Şüurları açıq olsa da, həyatda qalmaq üçün lazım olan enerjini tamamilə itirirmişlər.

Yarım milyon insanın ölümünə səbəb olan bu gizəmli epidemya, 1927-ci ildə başladığı kimi birdən yox olub. Xəstəliyin niyə ortaya çıxdığı və niyə sona yetdiyi hələ də tam məlum deyil. 1918-ci ilin qripi ilə əlaqəsi uzun müddət müzakirə olunmuş, lakin detallı araşdırmalar göstərmişdir ki, bu iki epidemya müstəqil olaraq baş verib. Bəzən poliomielitə bənzər bir virus şübhəsi irəli sürülmüş, amma heç bir konkret sübut əldə edilməmişdi.

Bu gün tibbi kitabların tozlu səhifələrində bir sirr kimi qalan bu "yatan nəhəng” xəstəliyin bir gün geri dönüb-dönməyəcəyi isə hələ də məlum deyil.

Aydın

--> -->