Xəbər lenti

TASS: ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımaq istəyir
Dünya05:40 21.07.2022

TASS: ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresi Dövlət Departamenti bunu etməsə, Ukrayna hadisələri ilə bağlı Rusiyanı "terrorun sponsoru” kimi tanıya bilər.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu sözləri Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
Politico-nun məlumatına görə, o, dövlət katibi Entoni Blinkenə müraciət edib.
Qeyd olunur ki, Konqres dövlət katibinə digər ölkələri də terrorizmin sponsorları siyahısına daxil etmək hüququ verir. Bununla belə, qanunvericilər Dövlət Departamentinin iştirakı olmadan bunu etməyə imkan verən düzəliş qəbul edə bilərlər.
Bu arada, Dövlət Departamenti Rusiyanın indi İran, Şimali Koreya, Kuba və Suriyanın daxil olduğu siyahıya əlavə edilməsinə çoxdan "şübhə ilə yanaşır”.
Alpər