Tatarıstanda Buqulma bölgəsində "Cessna” təlim təyyarəsi magistral yola enib.
Qaynarinfo xəbər verir ki, təyyarə mühərrikinin sönməsi üzündən yola eniş etməli olub. Bu haqda Volqa Nəqliyyat Baş prokurorunun media və ictimaiyyətlə əlaqələr üzrə böyük köməkçisi Maya İvanova məlumat verib.
Təyyarənin kabinində iki təlimatçı olub. Baş verənlər nəticəsində heç kim xəsarət almayıb.
Müstəntiqlər hadisə yerinə gedib. TASS yazıb ki, müstəntiqlər təhlükəsizliyə dair qanunvericiliyə uyğunluq yoxlanışı aparırlar.
Alpər