Tatarıstanın Anyakovo kəndində respublikanın ilk prezidenti Mintimer Şayimievin abidəsinin rəsmi açılışı olub.
Qaynarinfo xəbər verir ki, bu barədə bölgənin hazırkı rəhbəri Rüstəm Minnixanovun Tvitter səhifəsində məlumat yayılıb.
Büst Şayimiev küçəsində qoyulub.
Minnixanov Tatarıstanın bir çox uğurlarının Şayimievin adı ilə əlaqəli olduğunu vurğulayıb - bunlara respublikanın qazlaşdırılması, köhnəlmiş evlərin ləğvi, Bolqar və Sviyajskın canlanması və sair daxildir.
Xatırladaq ki, Şayimiev Tatarıstana 1991-ci ildən 2010-cu ilə qədər rəhbərlik edib.
Alpər