Xəbər lenti

Tatlısəsin qızı avtomobilini polisin üzərinə sürdü, atəş açıldı (VİDEO)
Dünya19:57 27.07.2025

Tatlısəsin qızı avtomobilini polisin üzərinə sürdü, atəş açıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak polisin "saxla" əmrinə tabe olmayaraq qaçmağa çalışıb. 
Qaynarinfo xəbər verir ki, qarşı zolağa çıxan Çıtak avtomobilini yol polisi əməkdaşlarının üzərinə sürüb. Polis havaya atəş açaraq ifaçının qızını dayandırmalı olub.
Polis bölməsinə aparılan Çıtaka qarşı "Yol hərəkətinə təhlükə yaratmaq”, "Dayanma xəbərdarlığına əməl etməmək”, "Dövlət məmuruna müqavimət göstərmək” ittihamları irəli sürülüb.