Xəbər lenti

"Taxıl sazişi" çərçivəsində dünya bazarlarına nə qədər məhsul çıxarılıb?
Dünya15:21 12.07.2023

"Taxıl sazişi" çərçivəsində dünya bazarlarına nə qədər məhsul çıxarılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Taxıl sazişi" sayəsində dünya bazarlarına 33 milyon tondan çox taxıl çıxarılıb. 
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə "Taxıl sazişi" ətrafındakı vəziyyəti müzakirə etmək istəyini bir daha vurğulayıb.
Bir gün əvvəl BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik Rusiya Federasiyası ilə "Taxıl sazişi" üzrə təmasların davam etdirildiyini, lakin Qara dəniz təşəbbüsü ilə bağlı yeni məlumatların olmadığını açıqlamışdı. Moskvanın ondan çıxmasından danışan Düjarrik deyib ki, "müxtəlif hallar üzrə hərəkət variantları var”. Bunun nə demək olduğunu dəqiqləşdirməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir gün əvvəl BMT-nin "Taxıl sazişi"nin Rusiya hissəsinin yerinə yetirilməsi üzrə səylərini nəticəsiz adlandırmışdı. İyunun 30-da xarici işlər naziri brifinq zamanı bildirib ki, "Taxıl sazişi" ləğv olunarsa, Rusiya öz hesabına ən yoxsul ölkələrə taxıl tədarük edəcək və bu, tam həcmdə həyata keçiriləcək.
"Taxıl sazişi" və ya Qara Dəniz Təşəbbüsü Rusiya, Ukrayna, Türkiyə və BMT-nin 22 iyul 2022-ci ildə İstanbulda imzaladığı Ukrayna limanlarından taxıl ixracına dair beynəlxalq müqavilədir. Rusiya və Ukrayna ayrı-ayrılıqda müqavilə imzalayıb: ölkələrin hər biri Türkiyə və BMT ilə taxıl müqaviləsi bağlaylıb. Müqavilə 2023-cü il iyulun 17-dək uzadılıb.
Aydın