Xəbər lenti

"Taxıl sazişi" ilə bağlı qərar son anda veriləcək - Türk mənbə
Dünya07:38 16.07.2023

"Taxıl sazişi" ilə bağlı qərar son anda veriləcək - Türk mənbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılıb-uzadılmaması barədə qərar son anda veriləcək, çünki onun iştirakçılarının kompromis əldə etdiyinə dair hələ heç bir əlamət yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyədəki diplomatik mənbə TASS-a bildirib.
"Aydındır ki, qərar son anda veriləcək”, deyə mənbə qeyd edib.
Həmin şəxsin sözlərinə görə, Rusiya taxıl müqaviləsini yalnız bu addımı məqsədəuyğun hesab etsə, uzadacaq:
"Rusiya tərəfinin son bəyanatları göstərir ki, onlar hələ qərar verməyiblər. Moskvanın mövqeyini dəyişməyə inandırmaq üçün səbəblər, kompromislər tələb olunacaq. Hələlik belə bir məlumat yoxdur".
Onun sözlərinə görə, Türkiyə sazişin müddətinin bitməsinə qalan müddətdə onun uzadılması üçün səy göstərəcək, lakin Rusiyanın sazişdə iştirakını dayandıra biləcəyinə hazır olmalıdır.
Rusiya prezidenti Vladimir Putin şənbə günü bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bir hissəsi olan Rusiyanın ərzaq və gübrə ixracına maneələrin aradan qaldırılması ilə bağlı öhdəliklər yerinə yetirilməyib və sazişin əsas məqsədi - ehtiyacı olan ölkələrə taxıl tədarükü yerinə yetirilməyib. 
Aydın