Dünya 17:57 01.01.2024

Tayvan Çinlə "ləyaqətlə sülh" istəyir

Tayvanın Çinlə münasibətləri yaxşılaşdırmaq siyasəti xalqın iradəsi ilə müəyyən edilməli və ölkələr arasında sülh ləyaqətə əsaslanmalıdır. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Tayvan prezidenti Tsay İn-ven Çin sədri Si Szzinpinin birləşmənin zəruriliyini bəyan etdiyi çıxışından sonra deyib.

"Tayvan xalqı sülh istəyir, lakin biz ləyaqətlə sülh istəyirik", deyə Tsai İnq-ven bildirib.

Siyasətçinin fikrincə, Pekin adada gələcək seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır. O, həmçinin qeyd edib ki, sülh və sabitliyin qorunmasında hər iki tərəf məsuliyyət daşımalıdır.

Tsai vurğulayıb ki, ölkəsinin prioriteti müdafiəni, o cümlədən sualtı qayıq proqramını gücləndirməkdir.

Bir gün əvvəl Çin prezidenti Si Szinpin Yeni il müraciətində Çin və Tayvanın birləşməsini tarixi zərurət adlandırmışdı.

Aydın