2017-ci il meydana gələn təbii fəlakətlərlə rekord qırıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Sığorta Birliyi Dərnəyi təbii fəlakətlərin 2017-ci ildə 330 milyard dollarlıq maddi zərər verdiyini açıqlayıb.
Karib dənizi sahillərində, Cənubi Amerikada müşahidə olunan Harvey, İrma, Jose, Maria qasırğaları ciddi maddi zərərlərə səbəb olub. Sığorta şirkətləri təbii fəlakətlərə görə 135 milyard dollar ödəmək məcburiyyətində qalıb. Ən çox zərəri isə qasırğalar yaradıb. Bu rəqəm 215 milyard dollara bərabərdir.
Təbii fəlakətlər ötən ildə 10 min nəfərin ölümünə səbəb olub. Ən çox zərəri isə Cənubi Asiya ölkələrinin sakinləri çəkib.
Bu günə qədər fəlakətlər 3 dəfə dünya iqtisadiyyatına 100 milyarddan çox zərər verib. 2017-ci il bu siyahıda liderdir. İl ərzində 700 təbii fəlakət hadisəsi baş verib və bu rəqəm son 10 illə müqayisədə 2 dəfə artıb.
Gülşən