Xəbər lenti

Təbrizdə bir azərbaycanlı edam edildi
Dünya10:40 22.01.2014

Təbrizdə bir azərbaycanlı edam edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib.
 
27 yaşlı Səccad Purnəcəf 2008-ci ildə həbs edilib. Əslən Culfa şəhərinin Şuca kəndindən olan məhbus 6 il əvvəl mübahisə zəminində düşən davada özünü həmkəndlisinin balta ilə hücumundan müdafiə edərkən onu qətlə yetirib və nəticədə edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub.


Qaynar.info