Xəbər lenti

Təbrizdə etiraz aksiyası: Əhali ilə polis qüvvələri arasında toqquşma (VİDEO/FOTO)
Dünya12:50 09.11.2021

Təbrizdə etiraz aksiyası: Əhali ilə polis qüvvələri arasında toqquşma (VİDEO/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu dəqiqələrdə verilən məlumatlara görə, bölgəyə çox sayda silahlı və polis qüvvəsi yeridilib.
Əhali ilə polis və silahlı məmurlar arasında toqquşma baş verib.
Etirazçılar əhalinin sıx yaşadığı bölgədə normal infrastruktur və yerüstü piyada keçidinin olmadığını, bu üzdən ölümlə nəticələnən nəqliyyat qəzalarının baş verdiyini bildirib.
Narazılar bildirib ki, rəsmi qurumlar problemin həll edilməsi ilə bağlı tələbləri qulaqardına vurur. 
Məlumata görə, hazırda Təbriz-Tehran yolu bağlandığı üçün kilometrlərlə uzunluğunda avtomobil tıxacı yaranıb.
Etirazçı əhalini dağıtmağa çalışan məmurlarla təbrizlilər arasında qarşıdurma olduğu qeyd olunur./gunaz.tv
<iframe width="560" height="349" src="https://www.youtube.com/embed/xfeObvM9Z_Q" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" style="letter-spacing: 0px; word-spacing: 0.1em;">
  <iframe width="560" height="349" src="https://www.youtube.com/embed/dph1ITav5Pk" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" style="letter-spacing: 0px; word-spacing: 0.1em;">
<iframe width="560" height="349" src="https://www.youtube.com/embed/0ZIMB86KVvc" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" style="letter-spacing: 0px; word-spacing: 0.1em;">