Təcili yardım işçiləri ölən itlərinin xəstəxanaya aparılmasını istəyən şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Xəstə olması ilə bağlı məlumat alan təcili yardım qrupu getdikləri ünvanda 4 nəfərin hücumuna məruz qalıblar. Naməlum şəxslər onlardan ölən itlərini xəstəxanaya aparmasını istəyib, lakin təcili yardım işçiləri bunu edə bilməyəcəklərini dedikləri üçün döyülüblər.
Yaralı həkimlər başqa bir təcili yardımla xəstəxanaya çatdırılıblar. Döyülən tibb işçilərinin 52 yaşlı Ümit Koçak və 26 yaşlı Baran Kaya olduğu məlum olub.
"Bizə hücum çəkən şəxslər böyük ehtimalla içkili idilər. Bizə itlərinin öldüyünü deyib, təcili yardımla xəstəxanaya aparmağımızı istədilər. Biz də bu xidməti göstərə bilməyəcəyimizi dedik. əvvəlcə söydülər, daha sonra da döydülər. Özümüzü müdafiə etməyə çalışdıq, lakin bu dəfə bıçaq və odun parçaları ilə üstümüzə hücum çəkdilər. Çox şükür ki, ölmədik. Həmin şəxslər cəzalandırılmalıdır. Biz vəzifə başında ölə bilmərik", - deyə Kaya bildirib.