Xəbər lenti

Tədqiqatçılar aclıq və qəzəb arasında əlaqə tapıblar
Dünya07:13 13.07.2022

Tədqiqatçılar aclıq və qəzəb arasında əlaqə tapıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aclıqla qəzəb və əsəbilik hissləri arasında əlaqə tapılıb.
Qaynarinfo "Euronews” saytına istinadla xəbər verir ki, bu barədə PLOS One jurnalında dərc olunan bir araşdırmada deyilir.
Tədqiqat Mərkəzi Avropadan olan 64 iştirakçını əhatə edib və onlar 21 gün ərzində hər gün beş dəfə aclıq, qəzəb, əsəbilik, həzz və oyanıqlıq hisslərini bildiriblər. "Nəticələr göstərib ki, aclığın daha yüksək səviyyələri daha çox qəzəb və əsəbilik hissləri və daha az həzzlə əlaqələndirilir. Bu nəticələr gündəlik aclıq səviyyəsinin mənfi emosionallıqla əlaqəli olduğunu sübut edir",- araşdırmada qeyd edilir. Aclıq və əsəbilik arasındakı əlaqənin səbəbi hələ aydın deyil.
Tədqiqat müəllifi Viren Svami Almaniyanın DPA xəbər agentliyinə deyib ki, mümkün izahlardan biri, qan şəkərinin aşağı düşməsindən sonra beynin emosiyaları tənzimləmək üçün eyni qabiliyyətə malik olmamasıdır.
Svamiyə görə, başqa bir ehtimal odur ki, ac olduğumuz zaman xarici amillərə fərqli reaksiya veririk və onlar bizim üçün daha çox narahatedici olur. 
Bununla belə, digər tədqiqatçılar nəticədən əmin deyillər. Almaniyanın Fulda Universitetinin qidalanma və sağlamlıq psixologiyası professoru İohan Kristof Klotter tədqiqatın əhəmiyyətinə şübhə ilə yanaşdığını bildirib. Klotter DPA-ya bildirib ki, aclıq və qəzəb arasındakı əlaqəyə gəldikdə səbəb və nəticəni ayırmaq olmaz, aclıq özü də qəzəbin təzahürü ola bilər.
Nurlan Hüseynov