ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 22-49 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib.
Qaynarinfo bu barədə xarici mətbuata istinadən xəbər verir.
İdarənin məlumatına görə, "2011 ES4” adı almış asteroid sentyabırın biri planetimizin yanından 120 milyon kilometr məsafədə, 8 km/s sürətlə keçəcək.
Asteroid 2011-ci ilin mart ayında kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.