
İnquşetiya Təhlükəsizlik Şurasının katibi Əhməd Kotiyev öldürülüb.
Qaynar.info rus mətbuatına istinadən xəbər verir ki, Kotiyevin olduğu avtomobil avqustun 27-də səhər saatlarında Malqobek - Nazran yolunda atəşə tutulub.
Kotiyevin sürücüsü aldığı yaralardan yerindəcə ölüb. Kotiyev isə dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Əhməd Kotiyev 2011-ci ilin aprelində İnquşetiya Təhlükəsizlik Şurasının katibi işləyirdi.
Qaynar.info