Xəbər lenti

Təhlükəsizlik təminatları: Ukrayna dörd ölkə ilə danışıqların başlanacağını gözləyir
Dünya10:39 07.08.2023

Təhlükəsizlik təminatları: Ukrayna dörd ölkə ilə danışıqların başlanacağını gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna dörd ölkə ilə təhlükəsizlik təminatları üzrə danışıqlara başlamağı gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "New voice” məlumat yayıb. 
Yermak bu mövqeyi Ciddədə Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Timoti Barrou, Almaniya kanslerinin xarici siyasət məsələləri üzrə müşaviri Yens Plötner, Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşündə bildirib. 
"Andrey Yermak iyulun 12-də Vilnüsdə qəbul edilmiş "Yeddilik Qrupunun Dövlətimizə Dəstək haqqında” Birgə Bəyannaməsinin hazırlanması üçün yaxın gələcəkdə Ukraynaya təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sazişlər üzrə danışıqlara başlayacağını gözlədiyini bildirib”, - məlumatda deyilir. 
Xatırladaq ki, iyulun 12-də NATO-nun Vilnüsdə keçirilən sammiti zamanı G-7 liderləri Ukraynaya təhlükəsizlik təminatı haqqında bəyannamə üzərində razılaşdıqlarını açıqlayıblar. Prezident ofisi bildirib ki, bəyannamə ümumi çərçivə sənədidir və növbəti addım Ukrayna ilə ayrı-ayrı qarant ölkələr arasında ikitərəfli təhlükəsizlik sazişləri sistemi olmalıdır.
Nizami Bağırov