Xəbər lenti

Təhqirə görə bankdan 3 milyon aldı
Dünya16:53 08.04.2015

Təhqirə görə bankdan 3 milyon aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Sberbank”ın London şöbəsinin keçmiş əməkdaşı rusiyalı Svetlana Loxova məhkəmənin qərarı ilə təhqir və təqibə görə işəgötürənindən 3.2 milyon funt alacaq. 
Oxu.Az İnterfaksa istinadla xəbər verir ki, 33 yaşlı Svetlana “Sberbank”ın əməkdaşları tərəfindən incidilib. Əməkdaşlar onu hətta müştərilərlə yazışmalarda “miss ağılsız” və “kokain qəbul edən” adlandırırdılar. 
Bank şöbəsində Svetlana yeganə qadın idi və ildə 750 min funt alırdı. Bununla yanaşı, Loxova iddia edir ki, keçmiş həmkarları tərəfindən təqibə məruz qalırdı. 
Loxovanın işinə 3 ildən çox baxılıb, lakin məhkəmə qərar verib ki, bu işdə həqiqət Svetlanın tərəfindədir. 
Qaynar.info