Xəbər lenti

Tehran bayramdan sonra hücuma keçəcək, İsrail İranın nüvə obyektlərini vuracaq - KİV
Dünya10:47 10.04.2024

Tehran bayramdan sonra hücuma keçəcək, İsrail İranın nüvə obyektlərini vuracaq - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail hakimiyyəti İranın aprelin 12-dən sonra zərbə endirməyə hazırlaşdığını bildirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd olunur ki, İran general Məhəmməd Rza Zahidinin Dəməşqdə ölümünə baxmayaraq, Ramazan ayı bitməmiş hücuma keçmək fikrində deyil. İsrail İranın müxtəlif istiqamətlərdən hərbi infrastruktura hücum edəcəyinə inanır.
"The Sun" qəzeti isə Qərb xidmətlərinin nümayəndəsinə istinadən yazıb ki, İsrail İranın istənilən hücumuna bu ölkənin nüvə obyektlərinə zərbə ilə cavab verəcək. Nəşr qeyd edir ki, İranın bir neçə nüvə obyekti, o cümlədən elektrik stansiyaları, uran mədənləri və tədqiqat reaktorları var. Onlardan birinə hücum Yaxın Şərqdə münaqişənin görünməmiş gərginləşməsi demək ola bilər.
Qərbin təhlükəsizlik xidmətlərinin nümayəndəsinə istinadən Səudiyyə Ərəbistanının "Elaph News" nəşri yazır ki, Tehran İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbəyə cavab verərsə, İsrail İrandakı hədəflərə, o cümlədən nüvə obyektlərinə zərbələr endirə bilər.
"Elaph News" mənbəsinin bildirdiyinə görə, son günlər İsrail öz hava qüvvələri, xüsusilə də müxtəlif növ qırıcılar və uzaq mənzilli pilotsuz təyyarələrlə gizli təlimlər keçirir.
İsrailin xarici işlər naziri İsrael Katz isə "Kan" radiosuna müsahibəsində bildirib ki, İran İsrail ərazisinə hücum edərsə, cavab alacaq:
"Əgər İran öz ərazisindən İsrailə hücum edərsə, İsrail İranda cavab verəcək. Çünki İsrail öz vətəndaşları qarşısında məsuliyyətinə görə bu cür hücumlara dözə bilməz".
Qeyd edək ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib, nəticədə bina tamamilə dağılıb. Hücum zamanı general Məhəmməd Rza Zahidi də daxil olmaqla 15-ə yaxın İran zabiti həlak olub. Tehran İsrailin bu addımına lazımi cavab verəcəyini açıqlayıb.
Aydın