Xəbər lenti

Tehran Vaşinqtonu təhdid elədi: Bunun bədəlini ödəyəcəksiniz
Dünya08:47 15.07.2022

Tehran Vaşinqtonu təhdid elədi: Bunun bədəlini ödəyəcəksiniz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran ordusu Birləşmiş Ştatlar və İsrailə xəbərdarlıq edib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şəkərçi bəyanat verib.
ABŞ prezidenti Co Bayden Tehranın nüvə silahına sahib olmasının  qarşısını almaq üçün son çarə olaraq gücdən istifadə edəcəyini  deyəndən sonra, İran KİV-i xəbər verir ki, İran ordusu Birləşmiş Ştatlar və İsrailə qarşı sərt ritorika sərgiləyib.
"Amerikalılar və sionistlər (İsrail) "İrana qarşı güc” sözünün işlədilməsinin bədəlini çox yaxşı bilirlər”,- İran silahlı qüvvələrinin sözçüsü briqada generalı Əbülfəzl Şəkərçi deyib.
"Ola bilsin Bayden İranı hədələyəndə yuxulu olub. Əsgərlərinizin şalvarlarına diqqət edin - Fars körfəzində islana bilər",- briqada generalı deyib. 
Xatırladaq ki, bu həftə Bayden "Tehranın nüvə silahı əldə etməsinə icazə verməmək üçün güc tətbiq edə bilərmi” sualına "Bu son çarə olsa, bəli” deyə cavab verib. 
Bu həftə həmçinin Bayden və İsrailin baş naziri Yair Lapid İranın nüvə silahını əldə etməsinə imkan verməmək üçün birgə sənəd imzalayıblar.
Nurlan Hüseynov