Xəbər lenti

Tehran xəritədən silinə bilər - Dəhşətli proqnoz
Dünya04:30 27.10.2016

Tehran xəritədən silinə bilər - Dəhşətli proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran önümüzdəki 15-20 il içərisində yıxıcı bir zəlzələ meydana gələ biləcəyini bildirən seysmoloq Bəhram Akkasə paytaxt Tehranın daha etibarlı bölgələrə köçürülməsinin vacib olduğunu bildirib.
1830- cu ildə İranın şərqində 7.1 bal gücündə zəlzələ meydana gəldiyini xatırladan Akkasə: "Apardığım araşdırmalarda bu cür zəlzələlərin 200 ildən bir təkrarlandığı nəticəsini əldə etdim. Tehranda 15 il içərisində eyni böyüklükdə zəlzələ yaşana bilər” dedi.
İranın bu sahədə Yaponiya ilə qısa müddət ərzində əməkdaşlıq müqaviləsi imzaladığını və Tehranın seysmoloji xəritəsinin çıxarıldığını vurğulayan Akkasə: "Tehran bələdiyyə sədri bu araşdırmalar zamanı paytaxtda baş verə biləcək zəlzələnin milyonlarla insanın ölümünə yol açacağını və hətta xəritədən silinə biləcəyini söyləydi” ifadələrini işlədib. (AzNews.az)
Qaynarinfo.Az