Tehranda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın Mlki Aviasiya İdarəsi məlumat yayıb. Məlumatda qara qutunun yaxşı vəziyyətdə olduğu və fəaciənin səbəblərinə aydınlıq gətirilə biləcəyi qeyd olunub. Hazırda tədqiqatçılar ərazidə ikinci səsyazma qurğusunu axtarırlar.
Qəzanın mümkün səbəbləri barədə açıqlama verən Ukrayna Beynəlxalq Laynerinin uçuş əməliyyatları üzrə vitse-prezidenti İqor Sosnovski pilot səhvini ehtimalının minimum olduğunu deyib. O, bildirib ki, enişdən əvvəl təyarə 2400 metr yüksəklik əldə edə bilib. Bundan əlavə ekipaj üzvlərinin də kifayət qədər uçuş təcrübəsinə sahib olduqlarını söyləyib. Tehran Hava Limanından isə uçuşun mürəkkəb olduğu qeyd edilib. Buna baxmayaraq, son illərdə heyətin "Boeing 737"lə mütəmadi təlim keçdikləri bildirilib.
Həmçinin Ukrayna laynerinin qəzayauğraması zamanı Tehranda hava şərtləri, o cümlədən buludluluq səviyyəsi normal qiymətləndirilib.
Qeyd edək ki, qəza nəticəsində 176 nəfərin öldüyü qeyd edilib. Bunlardan 9-u ekipaj üzvü olub.
Camal