Xəbər lenti

Tehranın nüvə razılığında “Zərif çat”
Dünya13:00 22.07.2015

Tehranın nüvə razılığında “Zərif çat”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran İnqilab Keçikçiləri Korpusunun komandiri general Məhəmməd Əli Cəfərinin Qərb ilə əldə olunan nüvə anlaşmasını tənqid etməsi xarici siyasət idarəsini hərəkətə gətirib.  

Axar.az xəbər verir ki, Xarici İşlər naziri Cavad Zərif parlamentdə çıxış edərək müqavilənin Tehranın qırmızı xəttini pozmadığını iddia edib.   İran parlamentində tənqidlərə cavab verən ölkənin birinci diplomatı milli maraqların qorunduğunu deyib:   “Sazişin tamamilə İranın leyhinə olduğunu söyləmirik. Bəzi çatışmamazlıqları göstərdik. Dini liderə (Xamenei - red) söylədiyimi sizə də deyirəm. Hamısını olmasa da, qırmızı xəttlərin əksəriyyəti qorunur. Biz əlimizdən gələnin ən yaxşısını etdik. 

Unutmamalıyıq ki, hər razılaşmda bir alver olur. Hər iki tərəf tələblərinin daha əhəmiyyətli hissəsini qazanmaq üçün bir qismindən imtina etməlidir. İranın kilid hədəfləri qazanılıb. Digər tərəf üçün təməl tələblər İranın məhdudiyyətlər və nəzarət altında nüvə silahları əldə etməsini önləməkdən ibarətdir”.   Xatırladaq ki, İran generalları başda olmaqla dövlətin bir çox üst səviyyəli rəsmiləri Zərifin başçılığı ilə əldə olunan nüvə razılığına qarşı çıxmış, ölkənin gələcəyinin sual altında olduğunu bildirmişdilər. 

Qaynar.info