"Bizim balansımızda olan bütün məktəblər istiliklə təmin olunub”.
Bu sözləri Qaynarinfo-ya "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
O vurğulayıb ki, ölkə üzrə "Azəristiliktəchizat”dan 381 məktəb istilik alır: "Qalan mətkəblərin özünün fərdi qazanxanası var və bu işlərə Təhsil Nazirliyi cavabdehlik daşıyır. Heç bir məktəbdən istiliyin olmaması ilə bağlı bizə müraciət daxil olmayıb. Həmçinin Bakı şəhər Təhsil İdarəsi, Təhsil Nazirliyindən də müraciət almamışıq”.
Rafiq Əliyev noyabrın 15-dən başlayaraq 550 çox qazanxana tam öz gücü ilə işləyir: "3850-dən çox yaşayış binası, o cümlədən 180 mindən çox mənzil istiliklə təchis edilir. Ola bilər ki, bəzi mənzillərdə istilik olmasın. Bu borulara havanın dolması və digər texniki problemlərlə bağlı ola bilər. Hər bir vətəndaş 956 Çağrı Mərkəzinə bu cür problemlə qarşılaşırsa müraciət edə bilər”.